“Bank of Baku”nun mənfəəti 5 milyon manata yaxın azalıb
“Bank of Baku” bu ilin 9 ayını 20 milyon 35 min manat xalis mənfəətlə başa vurub.
Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17,6 % və ya 4 milyon 282 min manat azdır.
Bu ilin hesabat dövründə bankın faiz gəlirlərinin dəyəri 19,6 % artaraq 112 milyon 614 min manata çatıb. 9 ayda “Bank of Baku”nun qeyri-faiz gəlirlərinin dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 35,3 % artaraq 13 milyon 11 min manata çatıb.
“Bank of Baku”nun faiz xərclərinin dəyəri 40 milyon 713 min manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 38,7 % çoxdur, bankın qeyri-faiz xərclərinin həcmi 22,7 % artaraq 61 milyon 663 min manata çatıb.
Bu ilin 9 ayında “Bank of Baku”nun aktivlərinin həcmi 919 milyon 514 min manat təşkil edib ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 5,5 % çoxdur.
Hesabat dövründə bankın öhdəliklərinin həcmi ötən ilin sonu ilə müqayisədə 5,2 % artaraq 769 milyon 812 min manata çatıb.
“Bank of Baku”nun depozitlərinin həcmi 571 milyon 336 min manat olub ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 10,7 % çoxdur. Fiziki şəxslərin depozitlərinin həcmi bu ilin 9 ayında 517 milyon 636 min manat olub ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 8,8 % çoxdur, hüquqi şəxslərin depozitlərinin dəyəri 33,9 % artaraq 53 milyon 700 min manata çatıb.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay