“Premium Bank” depozit portfelini itirir? - 54 milyonluq azalma
“Premium Bank” bu il 34 milyon manatdan çox kiçilib.
Valyuta.az xəbər verir ki, cari ilin oktyabrın 1-nə bankın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 5 % azalaraq 650,9 milyon manata enib. Bankın xalis kreditləri isə 0,7 % və ya 3,2 azalaraq 458,8 milyon manata düşüb.
Paralel olaraq “Premium Bank”ın depozit portfeli III rübün sonuna qədər 53,6 milyon manat azalma müşahidə edilib. Belə ki, bankın əmanət portfeli 426,8 milyon manatdan 373,2 milyon manata düşüb.
Bu ilin ilk doqquz ayında əhali bankdan 40,5 milyon vəsaitini geri çəkib və fiziki şəxslərin depozit portfeli 290,4 milyon manata enib. Şirkətlər isə bankdan 13,1 milyon manatlıq əmanəti çıxarıb. Beləliklə hüquqi şəxslərin depozit portfeli 95,6 milyon manatdan 82,8 milyon manata kimi azalıb.
Ümumilikdə bankın cəmi öhdəlikləri 7 % azalaraq 473,1 milyon manata enib. Bankın cəmi kapitalı isə 0,3 % artaraq 177,9 milyon manat təşkil edib.
Pünhan
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay