“Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti kəskin artıb
“Ziraat Bank Azərbaycan" ASC bu ilin yanvar-sentyabr aylarını 11 milyon 294 min manat xalis mənfəətlə başa vurub.
Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 76,1 % çoxdur.
9 ay ərzində “Ziraat Bank Azərbaycan"ın gəlirləri 53 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 25,6 % çoxdur, xərcləri 29,563 milyon manat 22,3 % çoxdur.
Bu il oktyabrın 1-nə “Ziraat Bank Azərbaycan"ın aktivləri 804,957 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 13,1 % çoxdur. Bu ilin hesabat dövründə bankın kreditlərinin həcmi 377 milyon 345 min manat təşkil edib. Bu da 2023-cü ilin sonu ilə müqayisədə 13 milyon 597 min manat və ya 3,4 % azdır.
Xatırladaq ki, "Ziraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,5 milyon manatdır. Bankın səhmlərinin 99,98 %-i Türkiyənin "Ziraat Bank"ına, 0,01 %-i "Ziraat Sıgorta" şirkətinə, 0,01 %-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay