Ən çox şikayət edilən banklar - "Bank Avrasiya" və "BTB Bank" liderdir
Bu ilin sentyabr ayında Azərbaycanda ən çox şikayət edilən banklar məlum olub.
Valyuta.az xəbər verir ki, bu barədə bank müştәrilәrinin bank xidmәtlәrindәn istifadәsi üzrә şikayәt indeksində bildirilib. Məlumata görə, 2024-cü ilin sentyabr ayında Azərbaycanda ən çox şikayət edilən bank 8.21 indeksi ilə "Bank Avrasiya" seçilib. Maraqlıdır ki, avqust ayından sözügedən bank ümumiyyətlə şikayət indeksində yer almayıb. “Bank BTB” üzrə şikayətlər 2 dəfədən çox artaraq 4,28-nə yüksəlib. Ümumilikdə şikayətlərin ən yüksək olduğu qırmızı zolaqda 8 bank yer alıb. Sarı zolaqda, yəni orta şikayət indeksi 5 bankda qeydə alınıb. Digər beş bank ən aşağı şikayət indeksi hesab edilən yaşıl zolaqda qərarlaşıb. Siyahıda ən az şikayət edilən banklar isə 0,12 indeksi ilə “PAŞA Bank” və 0,43 indeksi ilə “Xalq Bank” olub.
Pünhan
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay