“Access Bank”da son durum: Əhali 24 milyon manata yaxın vəsaiti bankdan geri çəkib
Əhali bu il “Access Bank”dan 24 milyon manata yaxın vəsaiti geri çəkib.
Valyuta.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Belə ki, bu ilin ilk doqquz ayında bankın əmanət portfeli ilin əvvəlinə nisbətən 2,1% azalaraq 1 milyard 51,6 milyon manatdan 1 mlrd. 49,2 milyon manata enib.
Əhali bu il bankdan 23,7 milyon manat geri çəkib. Əvəzində şirkətlərin bankdakı əmanətləri 21,2 milyon manat artıb.
Belə ki, 2024-cü ilin əvvəlində bankda fiziki şəxslərin depozitlərinin həcmi 842,5 milyon manat oldu halda ilin üçüncü rübündə bu rəqəm 818,8 milyon manata kimi azalıb.
Hüquqi şəxslərin bankdakı əmanətlərinin həcmi isə 209,1 milyon manatdan 230,3 milyon manata yüksəlib.
Başqa sözlə, şirkətlərin banka əlavə əmanət yerləşdirməsi ümumi depozit portfelində azalmanın qarşısını xeyli ala bilib.
Hesabat dövrü üzrə bankın aktivləri 1 milyard 464,5 milyon manata, öhdəlikləri 1 milyard 296,3 milyon manata, cəmi kapitalı isə 168,1 milyon manat çatıb.
Xatırladaq ki, "Access Bank" 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 258,7 milyon manatdır. Bankın əsas səhmdarları Asiya İnkişaf Bankı (20,33%), Avropa İnvestisiya Bankı (17,76%), Beynəlxalq Maliyyə Korporasiyası (15,86%), Hollandiya İnkişaf Bankı (9,62%) və Avstriya İnkişaf Bankıdır(9,36%).
Pünhan
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay