"Azərbaycan Sənaye Bankı"ndan depozitlər geri çəkilir - 14 mln. manatdan çox "ərimə"
“Azərbaycan Sənaye Bankı”nın (ASB) depozit portfeli 2024-cü ilin III rübündə 14 milyon manatdan çox “əriyib”.
Valyuta.az bu barədə bankın III rüb üzrə maliyyə hesabatına istinadən xəbər verir.
Belə ki, bu dövrdə ASB-nin depozit portfeli ilin əvvəli ilə müqayisədə 3,1 % və ya 14,2 milyon manat azalaraq 444,4 milyon manata enib. 2024-cü ilin əvvəlinə Bankın əmanət portfeli 458,6 milyon manat təşkil edib.
Həcm etibarilə ən böyük azalma hüquqi şəxslərin tələbli depozitlərində müşahidə edilib. Şirkətlər bankdan 6,16 milyon manat tələbli depozitini geri çəkib. Nəticədə sözügedən portfel 114,7 milyon manatdan 108,5 milyon manata enib.
Bu dövrdə əhali isə 4,99 milyon manat tələbi depozitini geri çəkib.
Beləliklə, fiziki şəxslərin tələbli depozitlərinin həcmi ilin əvvəlindəki 16,76 milyon manatdan 11,77 milyon manata kimi azalıb. Əhalinin bankdakı müddətli əmanətləri isə 4,89 milyon manat azalaraq 293,4 milyon mnatdan 288,5 milyon manata enib.
Ümumilikdə isə bankın öhdəlikləri 9,1 milyon manat azalaraq 625,8 milyon manata bərabər olub. Bundan əlavə, cəmi aktivləri cari ilin oktyabr ayının 1-nə 745,04 milyon manat olub ki, bu ilin əvvəlinə nisbətən 0,6 % və ya 4,2 milyon manat azdır.
Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252 %-i “Anadolu Investment Company” MMC-yə, 1 %-i Leyla Goozal Kurta, 0,5748 %-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.
Pünhan
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay