BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
57130

Ölkənin birinci bankı Kapital Bank artıq Cəbrayıl sakinlərinə də xidmət göstərəcək. Cəbrayıl rayonu, Elsevər Paşayev küçəsi bina 3 ünvanında fəaliyyətə başlayan filialın açılışında dövlət rəsmiləri, bankın nümayəndələri və şəhər sakinləri iştirak ediblər. 

Açılışda çıxış edən Kapital Bank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə böyük qayıdışın dəstəkçilərindən biri olan Kapital Bank-ın Qarabağda daha bir filialının açılmasını bank üçün tarixi hadisə olaraq dəyərləndirib. “30 il sonra azadlığına qovuşan doğma yurdumuza qayıdan insanlara xidmət göstərmək komandamız üçün olduqca qürurverici və məsuliyyətlidir. Bildiyiniz kimi Kapital Bank-ın strategiyasının mərkəzində müştəri məmnuniyyəti dayanır. Mən əminəm ki, komandamız Cəbrayıl sakinlərinə xidməti ilə onların bizim üçün nə qədər dəyərli olduqlarını hiss etdirəcəklər. Ümid edirəm ki, bu yeni filial həm sakinlər, həm də  bütün Qarabağ bölgəsi üçün faydalı olacaq”. 

Yeni konsepsiya əsasında təqdim edilən Laçın filialı həftə içi 5 gün saat 9:00-dan 18:00-dək müştərilərə ən yüksək səviyyədə xidmət göstərəcək. Filial bunun üçün bütün zəruri şəraitə və imkanlara malikdir. Burada Cəbrayıl sakinlərinə əmanətlər, plastik kartlar, müxtəlif növ kreditlər və digər məhsullar, hesablaşma-kassa əməliyyatları, valyuta mübadiləsi kimi əməliyyatlar da daxil olmaqla bütün növ bank xidmətləri təklif olunur.

Ölkədə ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank-ın filiallarının sayı Cəbrayıl filialının açılışının ardından 119-a çatdı. Tezliklə bankın Şuşa filialının da açılışı planlaşdırılır. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin