BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
57048

2024-cü ilin II rübündə “Ziraat Bank Azərbaycan”ın problemli kreditləri artmaqda davam edib. 

Valyuta.az-ın hesablamasına görə, bankın problemli kreditləri ilin əvvəlinə nisbətən II rübdə 37% və ya 6,2 milyon manat artaraq 23,1 milyon manata yüksəlib. 2024-cü ilin əvvəlində bu rəqəm 16,9 milyon manata bərabər olub.

Bu isə bankın problemli kreditlərinin ümumi portfeldə çəkisinin 4,3%-dən 5,4%-ə kimi artmasına təsir edib.

“Ziraat Bank Azərbaycan”ın problemli kreditlərində ən böyük artım biznes kreditləri üzrə müşahidə edilir. Bankın problemli biznes kreditləri 6,2 milyon manat artaraq ilin əvvəlindəki 16,9 milyon manatdan II rübdə 22,79 milyon manata kimi yüksəlib.

Bu dövrdə bankın problemli kreditlərinin cəmi 359 min manatı istehlak kreditlərinə aid olub. Bu isə ilin əvvəlinə nisbətən 13 dəfə çoxdur.  2024-cü ilin əvvəlində bu rəqəm cəmi 26,8 min manat təşkil edib.

Ümumilikdə bankın vaxtı ötmüş kreditləri isə 53 milyon manata çatıb ki, bu da ilk rübə nisbətən 2 dəfəyə yaxın çoxdur.

Qeyd edək ki, banklarda 90 gündən artıq gecikdirilmə olan kreditlər problemli kreditlər hesab edilir.

Xatırladaq  ki, “Ziraat Bank Azərbaycan” 2014-cü ildə yaradılıb, onun nizamnamə kapitalı 65,5 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i “Ziraat Bank”a (Türkiyə), 0,01% - “Ziraat Texnoloji Şirkəti”nə, 0,01%-i isə Ziraat Yatırım Menkul Değerler Şirkətinə (Türkiyə) məxsusdur.

Pünhan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Transkontrol"a protokol yazıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin