Banklar gecikən kredit borcuna görə borclunun yaxınlarına zəng edə bilər? - Hüquqşünas açıqladı (VİDEO)
Kredit borcu gecikən kimi banklar tərəfindən borclu şəxsin ya ailə üzvləri, ya da zaminləri ilə əlaqə saxlanılır.
Bəs bu nə dərəcədə doğrudur?
Xezerxeber.az xəbər verir ki, hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, qanunvericiliyə əsasən, bank heç bir halda borclu şəxsin yaxınlarından borcun ödənilməsini tələb edə bilməz.
Hüquqşünas deyir ki, əgər borclunun özü bildirsə ki, onunla əlaqə saxlamaq mümkün olmayanda yaxınları ilə əlaqə yaradılsın, o zaman artıq bank sirrinin pozulmasından söhbət gedə bilməz. Çünki borclu özü bu istiqamətdə müsbət rəy verib. Lakin bu halda belə bank da sübut etməlidir ki, həqiqətən də məhz borclu imzası ilə bu məlumatı verib.
Əkrəm Həsənov onu da qeyd edib ki, ölkədə artıq bu cür işlər üzrə məhkəmə praktikası da mövcuddur.
Daha ətraflı Xəzər Xəbərin videomaterialında:
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay