Azərbaycanda ən aşağı faizlə əmanət qəbul edən banklar məlum olub - TOP-5
2024-cü ilin oktyabr ayı üzrə Azərbaycanda ən aşağı faizlə əmanət qəbul edən banklar məlum olub.
Valyuta.az-ın araşdırmasına görə, Azərbaycanda 5 bank illik manat əmanətləri üzrə faizləri 7,5 % və ondan aşağı müəyyən edib.
Ən aşağı göstərici “Yapı Kredi Bank” və “Azər Türk Bank”dadır. Hər iki bank müddətin sonuna olan ödənişlə illik əmanətləri 5,5 %-lə qəbul edir.
6 və 9 aylıq depozitləri “Yapı Kredi Bank” müvafiq olaraq 3,75-4,5 %-lə qəbul edir. “Azər Türk Bank” isə qısa müddətli əmanət qəbul etmir.
“Azərbaycan Sənaye Bankı” isə aylıq ödəmə şərti ilə bir illik depozitləri 6,5 %-lə, müddətin sonu üzrə ödənişlə depozitləri isə 7 %-lə qəbul edir.
Bank 6 və 9 aylıq depozitləri üzrə faiz dərəcəsini isə 4-5 % müəyyən edib.
“Xalq Bank” aylıq ödəniş şərtilə manat əmanətləri 6 %, müddətin sonuna ödənişlə isə 6,5 %-lə qəbul edir. 6 və 9 aylıq depozitlərə isə 2,75-4,75 % gəlir təklif edir.
Ən aşağı faizlə əmanət qəbul edilən bankların TOP-5-liyini “Ziraat Bank Azərbaycan” tamamlayır. Türkiyə bankının törəməsi illik əmanətlər üzrə 7-7,5 % gəlir təklif edir. Bank qısamüddətli depozitləri isə 4-6,5 %-lə qəbul edir.
Qeyd edək ki, ölkədə fəaliyyət göstərən digər banklar illik manat əmanətləri üzrə 9-11 % gəlir təklif edir.
Pünhan
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay