BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
56744

Bakıda "BTB" Bankdan xüsusi külli miqdarda oğurluq etməkdə təqsirləndirilən şəxs Belarus vətəndaşı Babayev Aleksey Ramizoviçin və Rusiya vətəndaşı olan Qrinqeviç Sergey Oleqovicin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda Aqşin Şirəliyev şahid qismində ifadə verib.

O, yalnız Sergeyi tanıdığını bildirib:

“2022-ci ilin sentyabr-oktyabr aylarında işlədiyim "Atlas" otelində gəlib qaldı. Bəzən yanına xanım gəlib-gedirdi. Orada bizim qeydiyyat şöbəsində işləyən şəxsin rus dili ilə bağlı problemi olduğuna görə müdaxilə etdim və tanış olduq. Sonra Serqey 2023-cü ilin yanvar ayında mənə dedi ki, bankda saxlanc yeşiyi almaq istəyirəm, mənə kömək et. Mən də BTB banka gəlib, saxlanc yeri almağa ona kömək elədim.

Aylığı 40 manat olmaqla 3 aylıq saxlanc yeşiyi götürdü və dedi ki, mən bu yeşiklərə sənəd qoyacam. Mənə 3 aylıq etibarnamə verdi, mən də ona bu saxlanc yeşiyini götürməyə kömək etdim, yəni seyflər mənim icarəmdə oldu. Bu həmin banka ilk və axırıncı gəlişim oldu. Mən Serqey deyənə kimi bilmirdim ki, banklarda saxlanc yeşiyi olur. Onun qaldığı otaqda seyf var idi, ancaq o etibar etmədiyindən həmin seyfi istəmədi. Serqey mənə deyirdi ki, Bakıda bahalı obyektlərin tapılıb icarəyə verilməsi ilə məşğulam. Onunla tutulan şəxsin isə bir dəfə bu oğurluq hadisəsi olanda Xətai Rayon Polis İdarəsində görmüşəm".

Vəkil vəsatət verərək xətşünaslıq ekspertizasının keçirilməsini istəyib.

“Belə ki, təqsirləndirilən Aleksey Babayevin ibtidai istintaqda verdiyi ifadə də, özümü təqsirli "bilirəm" ifadəsi əlavə edilib, yəni Aleksey tərəfindən bu söz yazılmayıb. Ekspert qarşısında belə bir sual qoyulsun ki, bu sözü mən yazmışam ya yox? Bir də Nərimanov rayon Məhkəməsində Alekseyin həbs-qətimkan tədbiri zamanı "özümü qismən təqsirli bilirəm" deməsi ilə bağlı audio-video çəkilişin götürülüb bizə təqdim olunmasını istəyirik “.

Dövlət ittihamçısı Fuad Musayev vəsatətlərin təmin olunmasına münasibət bildirərək qeyd edib ki, müşavirə vaxtı sübutlara qiymət verilməsi zamanı tədqiq edəcəklər.

Hakim vəsatətləri müzakirə edərək audio-video yazı ilə bağlı vəsatəti təmin etmədi, digər vəsatəti isə sənədlərin tədqiqi mərhələsinə saxladı.

Məhkəmə prosesi oktyabr ayının 31- nə kimi təxirə salındı.

Qeyd edək ki, hadisə ötən il martın 17-si saat 18:00 radələrində paytaxtın Xətai rayonu, Y.Səfərov küçəsi 21 saylı ünvanda Bank "BTB"-nin mərkəzi ofisində qeydə alınıb.

1976-cı il təvəllüdlü Babayev Aleksey Ramizoviç və Qrinqeviç Serqey Oleqoviç Bank "BTB"-dən müştərilərin depozit otağından ümumilikdə 800 min manata yaxın pul və qızıl zinyət əşyaları oğurlamaqda şübhəli bilinirlər. Onlara qarşı ilkin olaraq Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.4-cü (xüsusilə külli miqdarda oğurluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Transkontrol"a protokol yazıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin