Bank sektorunun aktivləri 50, öhdəlikləri 44 milyard manata çatıb
Cari ilin yarımil ərzində bank sektorunun aktivləri 2.4% (1.15 mlrd. manat) artaraq 50.3 mlrd. manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2024-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.
Məlumata görə, öhdəliklər isə 2.3% (971 milyon manat) artaraq 44 mlrd. manat təşkil edib. 2024-cü ilin ilk yarısının sonuna olan məlumatlara əsasən bank sektorunun aktivlərinin 48 %-ni xalis kredit portfeli, 27%-ni likvid aktivlər, 25%-ni isə digər aktivlər təşkil edir.
Bank sektorunun maliyyələşməsində fiziki şəxslərin depozitlərinin payı artsa da, öhdəliklər əsasən hüquqi şəxslərin depozitləri hesabına formalaşmaqdadır. Belə ki, öhdəliklərin 48%-ni hüquqi şəxslərin depozitləri, 31%-ni fiziki şəxslərin depozitləri, 20%-ni digər öhdəliklər təşkil edir. Bank sektorunun aktivləri iqtisadiyyatın şəffaflaşması, iqtisadi artımın davam etməsi, banklararası bazarın dərinləşməsi və əhalinin bank sektoruna inamının əsas göstəricilərindən olan fiziki şəxslərin depozitlərinin artması fonunda genişlənib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay