Əhali banklara əmanət qoyuluşun 1,3 milyard manat artırıb
Cari ilin I yarımili ərzində hüquqi şəxslərin depozitləri 3% (663 mln. manat) azalaraq 21.3 mlrd. manat, fiziki şəxslərin depozitləri isə 10.3% (1.3 mlrd. manat) artaraq 13.9 mlrd. manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2024-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.
Məlumata gör, 2024-cü ilin I yarımilinin sonuna olan göstəricilərə əsasən hüquqi şəxslərin depozitlərinin öhdəliklərdə payı 48.3 %, fiziki şəxslərin depozitlərinin öhdəliklərdə payı isə artaraq 31.5 % olub. Qeyd etmək lazımdır ki, fiziki şəxslər üzrə depozitlərin artımının əsas hissəsi (67%-i) müddətli depozitlərin artımı hesabına baş verib. Hüquqi şəxslərin depozitlərinin azalmasının əsas səbəbi iri neft-qaz şirkətlərinin biznes əməliyyatları olub.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay