Bank
26.09.2024 / 11:45
Bir ayda bank sektorunun aktivləri 500 milyon manata yaxın artıb
56287
31 avqust 2024-cü il tarixinə fəaliyyətdə olan bankların cəmi aktivləri 49,567.7 mln. manat olub.
Valyuta.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankların cəmi aktivləri avqust ayında 478.5 mln. Manat və ya 1 % artıb. Bununla yanaşı, fəaliyyətdə olan bankların öhdəlikləri 43,256 mln. manat, balans kapitalı 6,311.7 mln. manat olub ki, bunlar da avqust ayında müvafiq olaraq 381.8 mln. manat (0.9 %) və 96.7 mln. manat (1.6 %) çoxdur.
Hesabat ayında bankların kredit portfeli 1.5% və ya 380.9 mln. manat artaraq 26,075.6 mln. manat olub.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay