Bank
25.09.2024 / 16:07
"PAŞA Bank Gürcüstan” profilini dəyişdi
56240
"PAŞA Bank"ın törəməsi "PAŞA Bank Gürcüstan” profilini dəyişib.
Valyuta.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında "PAŞA Bank"ın İdarə Heyətinin üzvü, Baş Maliyyə inzibatçısı Murad Süleymanov deyib.
"PAŞA Bank Gürcüstan" pərakədə bankçılıq deyil, korporativ bankçılıq xidmətləri göstərir. Bununla əlaqədar olaraq "PAŞA Bank Gürcüstan"ın işçilərinin sayı azaldılıb, bankın gəlirlə işləməsi təmin olunub” – deyə Murad Süleymanov əlavə edib.
Qeyd edib ki, Gürcüstanda pərakəndə bankçılıq sektorunda rəqabət güclüdür. Bu sahədə bazarın 80 %-i iki banka aiddir. Profil dəyişilməsinə təsir edən əsas amillərdən biri budur.
Pünhan
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay