Yeni manatın dizaynında sən də iştirak et - Mərkəzi Bankdan sorğu
Azərbaycan Respublikası Mərkəzi Bankı yeni nəsil milli pul nişanlarının konsepsiya mövzusuna dair sorğu keçirir.
Valyuta.az xəbər verir ki, sorğu tədavülə buraxılacaq yeni pulların dizaynı ilə bağlıdır.
Vətəndaşlar Mərkəzi Bankın Elektron Xidmətlər Portalı vasitəsilə sorğuda iştirak edə bilərlər.
Sorğuda yeni nəsil milli pul nişanları bütövlükdə hansı mövzuya həsr olunması haqqında təkliflərinizi bildirə və bu təklifi əsaslandıra bilərsiniz.
Daha sonra 1, 5, 10, 20, 50, 100, 200, manatlıq pul nişanı üzrə təklif etdiyiniz mövzunun adını qeyd edə bilərsiniz. Bununla yanaşı, metal pul nişanlarının alt mövzuları kağız pul nişanlarından fərqli olub-olmaması haqqında fikrinizi bölüşə bilərsiniz.
Sorğuda iştirak etmək üçün şəxsin adı, soyadı, ata adı, əlaqə nömrəsi, elektron poçt ünvanı (e-mail) lazımdır.
Sorğuda iştirak etmək üçün linkə keçid edə bilərsiniz.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay