“Express Bank”ın kredit təşkilatlarına borcu 170 milyon manata çatıb
“Express Bank”ın bu ilin 6 ayında kredit təşkilatları qarşısında öhdəliyinin həcmi 169 milyon 723 min manat olub.
Valyuta.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin sonu ilə müqayisədə 9,9 % və ya 15 milyon 291 min manat çoxdur.
2023-cü ilin sonunda bankın kredit təşkilatları qarşısında öhdəliyinin həcmi 154 milyon 432 min manat olub.
“Express Bank” Mərkəzi Bank qarşısında isə borcunu nə artırıb, nə də azaldıb. Belə ki, bu il bankın öhdəliyinin həcmi 1 milyon 192 min manat olub.
Hesabat dövründə bankın öhdəlikləri 9 milyon 672 min manat və ya 2,2 % azalaraq 420 milyon 648 min manat olub.
Xatırladaq ki, "Express Bank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Bankın səhmlərinin 48,8 %-i “Azenco Group”a, 30,8 %-i “Enerqoservis” MMC-yə, 20 %-i Hafiz Seyidova, 0,4 %-i Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsusdur.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay