İşsizlərə hansı halda kredit VERİLƏ BİLƏR? - AÇIQLAMA
Bu gün vətəndaşlar pula ehtiyacı olan zaman kredit üçün banklara üz tuturlar. Banklar vətəndaşlara kredit verən zaman ilk növbədə şəxsin gəlirlərinə, rəsmi iş yerinin olub-olmamasına diqqət yetirirlər. Vətəndaşın daimi gəliri olsa belə, bu onun əmək kitabçasında qeydə alınmır. Nəticə etibarilə həmin şəxslər rəsmi olaraq işsiz hesab olunur. Bu hallar xarici ölkələr üçün də keçərlidir. Şəxsin rəsmi iş yeri, sabit gəliri yoxdursa, bank bu zaman kredit verməkdən boyun qaçırır. Amma bu mümkünsüz deyil.
Xarici ölkə təcrübəsində vətəndaşların alternativ gəlir mənbələri yoxlanılır. Əgər şəxsin rəsmi iş yeri yoxdursa, fərdi kreditdən yararlana bilir. Bəs Azərbaycanda rəsmi iş yeri olmayan şəxslər hansı halda kreditdən yararlana bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan iqtisadçı ekspert Eyyub Kərimli deyib ki, Azərbaycan şəraitində işsizlərin kreditdən yararlanmağı çətindir:
"İşsizlərin bankdan kredit götürməyi çətindir. Hətta elə olur ki, mümkünsüzdür. Banklar vətəndaşlara kredit verən zaman müştərinin gəlirlərini əsas götürürlər. Eyni zamanda, müştərinin yanında zamin olsa belə banklar həmin krediti verməkdə tərəddüd edirlər. İşsiz adam ancaq rəsmi iş yeri olan adamın zaminliyi ilə kredit götürə bilər. Çünki burada risklər çoxdur. Bank daha çox problem yaranarsa, vəsaitin gələcəkdə işləyən adamın gəlirlərinə yönəldilməsi istiqamətində düşünür. Bu baxımdan qeyd etmək istəyirəm ki, işləməyən adam kredit verilsə də, az məbləğdən yararlana bilir. Banklar tərəfindən həmin müştərilərə 300-500 manat arası kredit verilə bilər".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay