Azərbaycana ən çox bu ölkələrdən pul göndərilir - Siyahı
Bu ilin ilk 6 ayında fiziki şəxslər Azərbaycana xarici ölkələrdən 567 milyon 804 min dollar pul göndərilib.
Valyuta.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə xaricdən göndərilən pulun miqdarı 36,2%-i və ya 322 milyon 946 min dollar azalıb.
Qeyd edək ki, Azərbaycana ən çox Rusiyadan pul göndərilib. Altı ay ərzində xaricdən köçürülən pulların 50,6%-i (287,1 milyon dollar) Rusiyanın payına düşüb. Rusiyadan göndərilən pullar ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox azalıb.
Bu ilin ilk yarısında Azərbaycana ən çox aşağıdakı ölkələrdən pul köçürülüb:
Rusiya – 287,1 milyon dollar (ümumi pulların 50,6%-i);
Türkiyə – 82,3 milyon dollar (14,5%);
ABŞ – 30,5 milyon dollar (5,4%);
Gürcüstan – 17,4 milyon dollar (3,1%);
Böyük Britaniya – 16,1 milyon dollar (2,8%);
Birləşmiş Ərəb Əmirlikləri – 15,1 milyon dollar (2,7%);
Qazaxıstan – 11,9 milyon dollar (2,1%);
Almaniya – 11,8 milyon dollar (2,1%);
Avstriya – 9,7 milyon dollar (1,7%);
Səudiyyə Ərəbistanı – 9,4 milyon dollar (1,7%);
İsrail – 7,5 milyon dollar (1,3%);
İraq – 7,1 milyon dollar (1,3%).
© Yeniavaz.com
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay