“AccessBank”ın kredit təşkilatları və digər maliyyə institutlarına borcu 197 milyon manata çatıb
“AccessBank”ın bu ilin 6 ayında Mərkəzi Bank qarşısında öhədliyinin həcmi 2 milyon 126 min manat olub.
Valyuta.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın Mərkəzi Banka borcu dəyişməyib.
Ötən ilin sonunda da bankın Mərkəzi Bank qarşısında ödəhliyinin həcmi elə 2 milyon 126 min manat olub.
“AccessBank” ın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərinin həcmi 197 milyon 512 min manat olub ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 53 milyon 338 min manat və ya 36,9 % çoxdur.
2023-cü ilin sonunda bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərinin həcmi 144 milyon 171 min manat olub.
Xatırladaq ki, "AccessBank" 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 258,7 milyon manatdır. Bankın əsas səhmdarları Asiya İnkişaf Bankı (20,33 %), Avropa İnvestisiya Bankı (17,76 %), Beynəlxalq Maliyyə Korporasiyası (15,86 %), Hollandiya İnkişaf Bankı (9,62 %) və Avstriya İnkişaf Bankıdır (9,36 %).
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay