Bank
09.09.2024 / 13:15
Mərkəzi Bank "yaşıl kredit"lərlə bağlı təlimat hazırladı
55220
Azərbaycan Mərkəzi Bankı (AMB) "yaşıl kredit"lərin və əlaqəli digər maliyyə alətlərinin istifadəyə verilməsi üçün təlimat formalaşdırıb.
Valyuta.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Dayanıqlı Maliyyə şöbəsinin aparıcı iqtisadçısı Kənan Məmmədov Bakıda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfransda bildirib.
"Bu təlimat "yaşıl taksonomiya" ilə sıx bağlıdır, artıq AMB-nin İdarə Heyətinə təqdim edilib, növbəti həftələrdə onun təsdiq edilməsi gözlənilir", - deyə K.Məmmədov qeyd edib.
© Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay