BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
55101

Birbank Biznes xaricə köçürmə əməliyyatlarının optimallaşdırılması istiqamətində mühüm yeniliklər tətbiq edib. Artıq müştərilər göstərilən xidmətlər və alınan malların ödənişlərini daha rahat və sürətli həyata keçirə biləcəklər. Belə ki, idxal və ixrac əməliyyatlarının tərkib hissəsi olan avans və yük gömrük bəyannamələrinin (YGB) ödəniş prosesi müştərilərin rahatlığı üçün sadələşdirilib.

Yeniliklərdən biri müştərilərin Dövlət Gömrük Komitəsinin səhifəsinə keçid etmədən birbaşa Birbank Biznes platformasında gömrük avans kodunu yaratmaq imkanıdır. Qeyd edək ki, bu xidmət ölkəmizdə bir ilkdir və məhz Birbank Biznes tərəfindən tətbiq olunub. Bundan əlavə, müştərilərin gömrük avans kodu məlumatlarını avtomatik dolduraraq əldə etməsi mümkün olacaq. Bu da məlumatların manual daxil edilməsi ehtiyacını minimuma endirir və səhv ehtimalını tamamilə aradan qaldırır.

Yeni köçürmə sistemi müştərilərə YGB nömrəsini əlavə etməklə müqavilə məlumatlarına, YGB-nin ümumi dəyərinə və qarşı tərəf haqqında ətraflı məlumatlara sürətli çıxış imkanı verir. Bu funksiya müştərilərə ödəniş etmək istədikləri YGB üzrə aktual məlumatları daha rahat əldə etməyə və ödəniş prosesinin avtomatlaşdırılmasına dəstək olur. 

Eyni zamanda, idxal-ixrac bölməsində müştərilər avans və ona uyğun YGB məlumatlarını, ödənişlərin statuslarını izləyə bilərlər. Onu da qeyd etmək lazımdır ki, Dövlət Gömrük Komitəsinin sistemində yaradılan avans ödənişləri barədə məlumat avtomatik olaraq müştəriyə təqdim edilir və ödənişlərin məsafədən tam idarə olunması təmin edilir.   

Ətraflı məlumat üçün: //kbl.az/bbpraka 

Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün //bir.bank/bbfipr saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin