Kapital Bank-ın 150 illik yubileyi münasibətilə veloyürüş: Yaşıl gələcəyə doğru birlikdə yola çıxdıq®
Ölkənin birinci bankı Kapital Bank və Azərbaycan Velosiped Federasiyasının birgə tərəfdaşlığı ilə veloyürüş keçirilib. “Yaşıl dünya naminə həmrəylik ilində” təbiətin mühafizəsinə həssaslığı artırmaq, zərərsiz nəqliyyat vasitələrindən istifadəni təşviq etmək məqsədi ilə baş tutan layihə Kapital Bank-ın 150 illik yubileyinə həsr olunub.
Bakı, Quba, Gəncə və Laçın şəhərlərində keçirilən veloyürüşdə Azərbaycan Velosiped Federasiyasının 50-yə yaxın idmançısı iştirak edib. Şəhər mərkəzlərində başlayan yürüş filialların qarşısında yekunlaşıb. Layihənin davamı olaraq müştərilər üçün əyləncəli tədbir təşkil edilib. Müxtəlif oyunlarda iştirak edən hər kəs hədiyyə qazanıb. Oyunların qaliblərinə isə əsas mükafat olan velosiped hədiyyə edilib.
Bakı şəhərində keçirilən tədbiri çıxış sözü ilə açan Yasmal filialının müdiri Anar Zeynalov bu layihənin paytaxt Bakıda başlayıb doğma Qarabağda yekunlaşmasının böyük rəmzi məna daşıdığını vurğulayıb. Azərbaycan Velosiped Federasiyasının baş katibi Elnarə Musayeva isə yubileyini velosiped idmanının dəstəklənməsinə həsr etdiyi üçün Kapital Bank-a təşəkkür edib. O qeyd edib ki, xüsusən gənclər arasında zərərsiz nəqliyyat vasitəsi olan velosipedin təbliği təmiz ətraf mühitə və gənclərin sağlam gələcəyinə böyük bir töhfədir.
Quba sakinləri də idmançıları böyük maraqla qarşılayıb. Şimal filialının müdiri Elvin Məmmədov tədbiri çıxış sözü ilə açaraq bildirib ki, 150 ildir zamanın tələbinə uyğun olaraq dəyişən, yenilənən, müştərilərinə dövrünün müasir rəqəmsal həllərini təqdim edən Kapital Bank sosial və ölkə əhəmiyyətli layihələrdə də hər zaman iştirak edir və bu ideyaları dəstəkləyir.
Gəncə tədbiri də müştərilərin fəallığı ilə yadda qalıb. Tədbirdə şəhər icra hakimiyyətinin rəsmiləri, ali məktəblərin rektorları, xarici ölkələrin rəsmi nümayəndələri iştirak ediblər. Açılış nitqi ilə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışı zamanı bildirib ki, Yaşıl dünya naminə həmrəylik ilində, eləcə də COP29 kimi layihə ərəfəsində bu tədbirin keçirilməsinin böyük əhəmiyyəti var. Eyni zamanda tədbirdə iştirak edən uşaqların, gənclərin velosipedçilərlə, idmançılarla ünsiyyətdə olması, onları yaxından tanıması gənc nəsildə sağlam həyat tərzinə, idmana maraq yaradacaq.
Laçında baş tutan veloyürüş isə həm idmançılar, həm də Laçın sakinləri üçün qürurlu anlarla yadda qalıb. Laçınlıların xüsusi aktivliyi ilə seçilən tədbirdə layihənin əsas hədiyyəsi olan velosipedi qalibə Azərbaycan Velosiped Federasiyasının İcraiyyə Komitəsinin üzvü Vüqar Salahov təqdim edib. O çıxışında layihənin doğma Qarabağda yekunlaşmasının əhəmiyyətini iştirakçılarla bölüşüb. Qeyd edib ki, burada iştirak edən hər bir idmançı azad Laçını fəth etməyin böyük qürurunu yaşayır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay