Mərkəzi Bank “SF Azerbaijan” BOKT-nin vəzifəli şəxsini cərimələyib
Azərbaycan Mərkəzi Bankı (AMB) “SF Azerbaijan” BOKT-nin vəzifəli şəxsini cərimə edib.
Valyuta.az xəbər verir ki, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində pozuntu halı aşkarlanıb.
Məlumata görə, “Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq “SF Azerbaijan”ın vəzifəli şəxsi 2 min manat məbləğində cərimə edilib.
Başqa sözlə, kredit reyestrinə aid olan məlumatların ötürülməsində yalnışlığa yol verib və ya məlumatları vaxtında və düzgün formada təqdim etməyib.
Qeyd edək ki, “SF Azerbaijan” BOKT 2021-ci ildə 300 min manat nizamnamə kapitalı ilə Latviyanın Riqa şəhərində qeydiyyatda olan “Sun Finance Central Asia, AS” tərəfindən yaradılıb.
Pünhan
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay