Bank
30.08.2024 / 10:37
“Access Bank”ın qiymətli kağızlara investisiyaları kəskin düşüb - 36 milyon manatdan çox azalma
54618
“Access Bank” bu ilin yanvar-iyul aylarında ticarət və investisiya qiymətli kağızlara 68 milyon 158 min manat investisiya yatırıb.
Valyuta.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Bu, 2023-cü ilin sonu ilə müqayisədə 34,7 % və ya 36 milyon 355 min manat azdır. 2023-cü ilin sonunda “Access Bank”ın ticarət və invetsiyalara 104 milyon 513 min manat investisiya yatırıb.
Hesabat dövrü üzrə bankın aktivləri 1 milyard 478,7 milyon manata, öhdəlikləri 1 milyard 313 milyon manata yüksəlib. Bankın cəmi kapitalı 164,9 milyon manat çatsa da, hələ də böyük həcmdə, yəni 115,7 milyon manat bölüşdürülməmiş zərəri var.
Xatırladaq ki, "Access Bank" 2002-ci ildə yaradılıb.
Nara
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay