"VTB Bank Azərbaycan"ın xarici valyutadan gəliri 20 % azalıb
"VTB Bank Azərbaycan" bu ilin yanvar-iyul aylarında xarici valyutadan 4 milyon 629 min manat xalis gəlir əldə edib.
Valyuta.az bu barədə banka istinadən xəbər verir ki, bu 2023-cü ilin sonu ilə müqayisədə 1 milyon 123 min manat və ya 19,5 % azdır. 2023-cü ilin sonunda "VTB Bank Azərbaycan"ın xarici valyutadan gəliri 5 milyon 572 min manat olub.
Xatırladaq ki, “Bank VTB Azərbaycan” ASC bu ilin I yarısını 4,72 milyon manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrünə nisbətən 17,9 % azdır.
Yanvar-iyun aylarında “Bank VTB Azərbaycan”ın gəlirləri 21,157 milyon manat (illik müqayisədə 27,3 % çox), xərcləri 18,025 milyon manat (15,2 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 1,589 milyon manat (66,7 % və yaxud 3 dəfə az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay