AMB “Finca Azerbaijan”ın vəzifəli şəxsini cərimələdi
Azərbaycan Mərkəzi Bankı (AMB) “Finca Azerbaijan”ın vəzifəli şəxsini cərimə edib.
Valyuta.az xəbər verir ki, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində pozuntu halı aşkarlanıb.
Məlumata görə, “Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq MM “Finca Azerbaijan” QBKT-nin vəzifəli şəxsi 1 500 manat məbləğində cərimə edilib.
Başqa sözlə, kredit reyestrinə aid olan məlumatların ötürülməsində yalnışlığa yol verib və ya məlumatları vaxtında və düzgün formada təqdim etməyib.
Xatırladaq ki, "Finca Azerbaijan" 1998-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Mikromaliyyə təşkilatı Hollandiya şirkəti olan FINCA Microfinance Corperatief U.A.-nın törəmə müəssisəsidir.
Pünhan
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay