Bank
27.08.2024 / 11:47
Mərkəzi Bank “Bank BTB”nin vəzifəli şəxsini cərimələyib
54435
Mərkəzi Bank “Bank BTB”nin vəzifəli şəxsini cərimələyib.
Valyuta.az xəbər verir ki, AMB tərəfindən cari nəzarət prosesləri çərçivəsində bankda “Banklar haqqında” Qanunun 35.4-cü maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması aşkarlanıb.
Başqa sözlə, “Bank BTB” kredit reyestrinə aid olan məlumatların ötürülməsinə yalnışlığa yol verib və ya məlumatları vaxtında və düzgün formada təqdim etməyib.
İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq Bank “BTB” ASC-nin vəzifəli şəxsi 2 min manat məbləğində cərimə edilib.
Pünhan
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay