Bank
22.08.2024 / 13:07
7 ayda kartlarla 7 milyard manatlıq ödəniş edilib
54170
Cari ilin iyul ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.6 dəfə artıb.
Valyuta.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin iyul ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7,280 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 6,102 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,168 mln. manatı POSterminallar, 9.4 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 62.7%-ni təşkil etmişdir.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay