Bank
22.08.2024 / 12:41
Vətəndaşların banklardakı müddətli depoziti ilk dəfə 8 milyard manatı keçib
54167
31 iyul 2024-cü il tarixinə Azərbaycanda fəaliyyət göstərən banklarda fiziki şəxslərin (vətəndaşların) əmanətlərinin 65.7%-i (8,981.7 mln. manat) milli valyutada, 34.3%-i (4,679.3 mln. manat) xarici valyutadadır.
Valyuta.az Mərkəzi Banka istinadən xəbər verir ki, fiziki şəxslərin əmanət portfelinin 59.1%-i (8,067.8 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri iyul ayı ərzində 4.1% və ya 317 mln. manat artaraq ilk dəfə 8 mlrd. manatlıq həddi keçib.
Hüquqi şəxslərin tələbli depozitləri 15,391.5 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74.3%-ni təşkil edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay