Bank
22.08.2024 / 11:56
Azərbaycanda problemli kreditlərin məbləği 8 % azalıb
54160
Bu il avqustun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 453,7 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından (AMB) Valyuta.az-a verilən məlumata görə, bu, iyunun 1-i ilə müqayisədə 0,4 % çoxdur.
Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 3,6 % artıb, son 1 ildə isə 8,3 % azalıb.
Avqustun 1-nə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət iyulun 1-nə də 1,7 %, ilin əvvəlinə 1,8 %, ötən il avqustun 1-nə isə 2,2 % olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay