Bank “BTB”də əsas səhmdarın payı 75%-ə yüksəlib
2024-cü ilin martında gerçəkləşən səhmlər üzrə hərracda Bank “BTB” ASC-nin səhmlərini əldə edən şəxslər məlum olub.
Valyuta.az xəbər verir ki, 2024-cü ilin martında hər bir səhmin 1000 manat qiyməti olmaqla 5000 ədəd səhm buraxılmışdı və bu da ümumilikdə 5 mln. manatı əhatə edir.
Bankın əsas səhmdarı olan Nigar Mehdiyeva İsmayıl qızının payı son əməliyyatda yeni səhmləri əldə etdikdən sonra 74.99 faizdən 76.74 faizə yüksəlib. Belə ki, o, yeni buraxılan səhmlərin 3 837 ədədini əldə etmiş olub.
İkinci ən əsas səhmdar olan Rza Sadiq İsmayıl oğlunun payı 19.01 faizdən 17.68 faizə, üçüncü əsas səhmdar Tükəzban Mahmudova Ağa qızının payı isə 6 faizdən 5.58 faizə düşüb.
Hər iki şəxsin yeni əldə etdikləri səhmlər müvafiq olaraq 950 və 300 ədəddir.
Xatırladaq ki, 2024-cü ilin martında Bank “BTB” ASC-nin nizamnamə kapitalı 5 milyon manat artırılaraq 71.45 mln. manata yüksəldilib.
© Banker.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay