BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
54083

Azərbaycanda mövcud qaydalara görə, xarici valyutada illik faiz dərəcəsi 2.5%, milli valyutada isə 12% olan əmanətlər Əmanətlərin Sığortalanması Fondu (ƏSF) tərəfindən qorunur. Sığortalanmış əmanət qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir.

Əmanətlərin sığortalanması mexanizmi fiziki şəxsin ƏSF-nin üzvü olan bankı seçməsi ilə başlayır. Sonra isə əmanət üzrə illik faiz dərəcəsinin ƏSF tərəfindən elan edilən faiz dərəcəsinə və əmanət limitinə uyğun olmasının müəyyən edilməsidir. Əmanətçi ilə bank arasında müqavilə rəsimləşdikdən sonra üzv banka yerləşdirilən əmanət qorunan əmanət hesab edilir.

Ancaq Azərbaycanda bəzi banklar vətəndaşlara xarici valyutada qoyulan əmanətlərə 3-4 faiz, bəzən daha yuxarı gəlir təklif edir. Bir çox ekspert iddia edir ki, banklar Azərbaycanda devalvasiya ilə bağlı yayılan şayiələrdən sui-istifadə edir.

Valyuta.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, ümumiyyətlə, əmanətlərin sığortalanması ilə bağlı proses müvafiq qanunvericiliklə tənzimlənir:

“Burada mütləq şəkildə həm illik faiz dərəcələrinə, həm də məbləğin həcminə görə müəyyən şərtlər qoyulur. Yəni fiziki şəxslər üçün qorunan əmanətlərin həcmi yüz min manatdır. Bu, limitsiz ola bilməz. Fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesabı üzrə isə qorunan məbləğ isə 20 min manatdır. Göründüyü kimi burada müəyyən sərhədlər müəyyənləşdirilib. Eyni zamanda faizlər də sərhədlərin müəyyənləşməsinə bağlıdır”.
Ətraflı

Ekspert vurğulayıb ki, hansısa bank daha yuxarı faiz təklif edirsə, birnmənalı olaraq, burada risk faktorunun olduğu nəzərə alınmalıdır:

"Risk faktoru nə qədər çoxdursa, kredit və depozitlər də oxşar vəziyyətdə çox olur. Hər bir əmanətçi bilməlidir ki, yatırdığı əməliyyatlara daha yüksək faiz tələb olunursa, burada müəyyən qədər risk vardır. Eyniylə əmanət faizlərinin aşağı olması, risk faktorunun aşağı olmasının göstəricisidir. Əmanət faizləri nə qədər aşağıdırsa, risk də bir o qədər aşağıdır. Hazırda xarici valyutada illik faiz dərəcəsi 2.5% olan əmanətlər, milli valyutada isə illik 12 faiz olan əmanətlər sığortalanır. Bu, tamamilə normal haldır”.

E.Əmirov qeyd edib ki, əmanət faizini yuxarı qaldıran banklara qarşı hər hansı addımın atılması qanunvericilik baxımından mümkün deyil: “Buna cəhd olunması belə iqtisadi baxımdan doğru deyil. Bazarda qiymətləri tərəflər özləri tənzimləyir. Bu, bazarın yaratdığı reallıqdır. Bu barədə əmanətçi özü düşünməlidir”.

Hüquqşünas Əkrəm Həsənov da deyir ki, banklar tərəfindən yüksək əmanət faizinin təklif edilməsi qanun pozuntusu deyil:

“Hazırda milli valyutada illik faiz dərəcəsi 12 faiz olan əmanətlər sığortalanır. Amma istəsələr, 12 faizdən yuxarı da əmanətlər qəbul edə bilərlər. Artıq sadəcə olaraq, vətəndaşa xəbərdarlıq edilməlidir ki, “bax ha, bu, sığortalanan, qorunan deyil". Vətəndaş daha çox qazanc əldə etmək üçün buna gedə bilər. Bəzi bankların daha yüksək əmanət faizi təklif etməsi onların vəsait çatışmazlığı ilə əlaqəlidir. Onlara pul lazımdır. Beləliklə, banklar insanların pul qazanmaq hərisliyindən istifadə etmək istəyirlər. Bu, adi haldır. Devalvasiya ilə bağlı söz söhbətlər var, amma elə də geniş yayılmayıb. Təbii ki, insanlarımız son illər vəsaitlərini milli valyuta ilə qoyurlar. Çünki milli valyutada daha çox gəlir əldə edə bilirlər. Xarici valyutada yox. Təbii ki, xarici valyutada gəlir artdıqca, ona yönələcəklər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin