Bankların faizlərdən əldə etdiyi gəlirlər açıqlanıb - SİYAHI
Azərbaycanda bankların 2024-cü ilin birinci yarısı üzrə faiz gəlirlərinin həcmləri açıqlanıb.
Valyuta.az bu barədə bankların maliyyə hesabatlarına istinadən xəbər verir.
“Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) bu ilin birinci yarısında faiz gəlirlərinin həcmi 437 milyon 262 min manat olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 60 milyon 836 min manat və ya 16,2 % çoxdur.
“Kapital Bank”ın faiz gəlirlərinin həcmi 391 milyon 307 min manat təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 55 milyon 516 min manat və ya 16,5 % çoxdur.
Bu ilin birinci yarısında “Paşa Bank”ın faiz gəlirlərinin həcmi 245 milyon 970 min manat təşkil edib ki, bu da 2023-cü ilin birinci yarısı ilə müqayisədə 41 milyon 418 min manat və ya 20,2 % çoxdur.
“Bank Respublika”nın faiz gəlirlərinin həcmi 2023-cü ilin birinci yarısı ilə müqayisədə 23 milyon 359 min manat və ya 26,4 % artaraq 111 milyon 758 min manata çatıb.
“Access Bank”ın faiz gəlirlərinin həcmi 107 milyon 748 min manat təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 17 milyon 458 min manat və ya 19,3 % çoxdur.
“Xalq Bank”ın faiz gəlirlərinin həcmi 90 milyon 854 min manat olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 17 milyon 720 min manat və ya 24,2 % çoxdur.
“Yelo Bank”ın faiz gəlirlərinin həcmi 75 milyon 815 min manat olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 23 milyon 293 min manat və ya 44,3 % çoxdur.
“Bank of Baku”nun faiz gəlirlərinin həcmi 72 milyon 873 min manat təşkil edib ki, bu da 2023-cü ilin birinci yarısı ilə müqayisədə 19,1 % və ya 11 milyon 702 min manat çoxdur.
“Rabitəbank” 54 milyon 127 min manat faiz gəlirləri əldə edib ki, bu da 28,6% və ya 12 milyon 22 min manat çoxdur.
“Turan Bank” 43 milyon 847 min manat faiz gəliri əldə edib ki, bu da 2023-cü ilin birinci yarısı ilə müqayisədə 5 milyon 474 min manat və ya 14,2 % çoxdur.
“Ziraatbank Azərbaycan”ın faiz gəlirlərinin həcmi 24 milyon 333 min manat olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 994 min manat və ya 16,8 % çoxdur.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay