“Bank of Baku”nun biznes kreditlərində 6 milyonluq azalma
“Bank of Baku” 2024-cü ilin ilk yarısında müştərilərə 142 milyon 316 min manat biznes krediti verib.
Valyuta.az banka istinadən xəbər verir ki, bu, ötən ilin sonu ilə müqayisədə 5 milyon 771 min manat və ya 3,9 % azdır. Ötən ilin sonunda bankın müştərilərə verdiyi biznes kreditlərinin həcmi 148 milyon 87 min manat olub.
Hesabat dövründə bank 527 milyon 480 min manat istehlak krediti verib ki, bu da ötən ilin sonu ilə müqayisədə 51 milyon 425 min manat, yaxud da 10,8 % çoxdur. 2023-cü ilin sonunda istehlak kreditlərinin həcmi 476 milyon 55 min manat idi.
Bu dövrdə bankın daşınmaz əmlaka verdiyi kreditlər 7 milyon 975 min manat və ya 22,9 % artaraq 42 milyon 871 min manat təşkil edib. Ötən ilin sonunda bankın daşınmaz əmlaka verdiyi kreditlərin həcmi 34 milyon 896 min manat olub.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay