"ABB Azerbaijan" cərimə edilir
"ABB Azerbaijan" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində gömrük qaydaları əleyhinə olan (Gömrük təminatının pozulması) inzibati xəta protokolu tərtib olunub.
Valyuta.az-ın məlumatına görə, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsinə əsasən, gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə fiziki şəxslər 400 manat, vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər 1000 manat məbləğində cərimə edilir.
İşə Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun sədrliyi ilə baxılacaq.
Sadiq İsbəndərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay