“Xalq Bank”ın bir sıra sektorlara verdiyi kreditlərin həcmi kəskin azalıb
“Xalq Bank” 2024-cü ilin birinci yarısında mədənçıxarma sahəsinə 148 milyon 291 min manat kredit ayırıb.
Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin birinci yarısı ilə müqayisədə 19,3 % və ya 35 milyon 676 min manat azdır.
2023-cü ilin birinci yarısında mədənçıxarma sahəsi üzrə “Xalq Bank” 183 milyon 967 min manat kredit verib.
Bank bu ilin hesabat dövründə emal sənayesi üzrə 241 milyon 79 min manat kredit verib ki, bu da 2023-cü ilin birinci yarısı ilə müqayisədə 0,02 % azdır.
2023-cü ilin birinci yarısında bankın emal sənayesi üzrə verdiyi kreditlərin həcmi 241 milyon 140 min manat olub.
Bank bu ilin hesabat dövründə kənd təsərrüfatı sahəsinə 142 milyon 265 min manat kredit verib ki, bu da 2023-cü ilin birinci yarısı ilə müqayisədə 6,1 % və ya 9 milyon 304 min manat azdır.
2023-cü ilin birinci yarısında bank kənd təsərrüfatı sahəsi üzrə 151 milyon 569 min manat kredit verib.
Tikinti sektoru üzrə 59 milyon 815 min manat kredit ayırıb ki, bu da 2023-cü ilin birinci yarısı ilə müqayisədə 19,3 %, yaxud da 14 milyon 349 min manat azdır.
2023-cü ilin hesabat dövründə bankın bu sahə üzrə ayırdığı kreditlərin həcmi 74 milyon 164 min manat olub.
“Xalq Bank” bu ilin birinci yarısında 18 milyon 517 min manat nəqliyyat sahəsinə kredit verib ki, bu da 2023-cü ilin hesab dövrü ilə müqayisədə 33,3 %, yaxud da 9 milyon 269 min manat azdır.
2023-cü ilin hesabat dövründə “Xalq Bank” nəqliyyat sektoru üzrə 27 milyon 786 kredit ayırıb.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay