“Yelo Bank”ın Mərkəzi Bank və dövlət fondları qarşısında borcu 99 milyon manatı ötüb
Bu ilin birinci yarısında “Yelo Bank”ın Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklərinin həcmi 99 mln 478 min manat təşkil edib.
Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin sonu ilə müqayisədə 8 milyon 204 min manat və ya 8,9 % çoxdur.Ötən ilin sonunda “Yelo Bank”ın Mərkəzi Bank qarşısında öhdəliyinin həcmi 91 milyon 274 min manat olub.
“Yelo Bank”ın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərinin həcmi 23 milyon 721 min manat təşkil edib ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 22,3 % və ya 6 milyon 820 min manat azdır. Ötən ilin sonunda bankın bu göstərici üzrə öhdəliyinin həcmi 30 milyon 541 min manat olub.
“Yelo Bank” ASC-nin 2024-cü ilin yarısında öhdəliklərinin həcmi 999 milyon 147 min manat olub. Bu da 2023-cü ilin sonu ilə müqayisədə 31,9 % azdır. “Yelo Bank” ASC-nin 2024-cü ilin birinci yarısında aktivlərinin həcmi 1 milyard 124 milyon 651 min manat təşkil edib.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay