“Access Bank” depozit faizlərini yenidən endirib
“Access Bank” müddətli depozit faizlərini endirib.
Valyuta.az-ın bankdan əldə etdiyi məlumata görə, iyul ayının sonundan etibarən müddətli depozitlər üzrə faizlər 1 % azaldılıb. Belə ki, müddətli depozitlər üzrə təklif edilən faizlər 11 %-dən 10 %-ə kimi azaldılıb.
Bank 10 % gəliri 2 il müddətinə yerləşdirilən və faizləri müddətin sonunda ödənilən əmanətlərə təklif edilir. 18 ay üzrə bu rəqəm 9,75 %, 12 ay üzrə 9,5 %, 6 ay üzrə isə 5 % təşkil edir.
Xatırladaq ki, "Access Bank" 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 258,7 milyon manatdır. Bankın əsas səhmdarları Asiya İnkişaf Bankı (20,33 %), Avropa İnvestisiya Bankı (17,76 %), Beynəlxalq Maliyyə Korporasiyası (15,86 %), Hollandiya İnkişaf Bankı (9,62 %) və Avstriya İnkişaf Bankıdır (9,36 %).
Pünhan
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay