“Yelo Bank”ın vaxtı keçmiş kreditlərinin həcmi 23 milyon manatı ötüb
“Yelo Bank” bu ilin yanvar-iyun aylarında müştərilərə 846 milyon 740 min manat kredit verib.
Valyuta.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Belə ki, bu ilin hesabat dövründə bankın vaxtı keçmiş kreditlərinin həcmi 23 milyon 344 min manat olub. Vaxtı keçmiş kreditlərin portfeldə payı 2,7 % təşkil edib.
Hesabat dövründə “Yelo Bank”ın ümidsiz kreditlərinin həcmi 14 milyon 935 min manat olub. Bunun kredit portfelinə nisbəti 1,76 %-dir.
Bu ilin hesabat dövründə “Yelo Bank”ın standart kreditlərinin həcmi 806 milyon 934 min manat olub. Bunun kredit portfelinə nisbəti 95,3 % təşkil edir.
Bankın qənaətbəxş kreditlərinin həcmi 760 milyon 953 min manat (89,7%), qeyri-qənaətbəxş kreditlərinin həcmi 4 milyon 983 min manat olub. Bu, ümumi kredit portfelinin nisbəti 0,59 %-ni təşkil edir.
“Yelo Bank”ın nəzarət altında olan kreditlərin həcmi 45 milyon 980 min manat olub. Bunun kredit portfelinə nisbəti 5,43 % təşkil edib.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay