Azərbaycanda əməliyyat gəlirinə görə bankların siyahısı - 10 bank
Bu ilin birinci yarısında Azərbaycanda fəaliyyət göstərən bankların əməliyyat gəlirlərinin həcmi açıqlanıb.
Valyuta.az xəbər verir ki, hesabat dövründə Azərbaycanda əməliyyat gəlirlərinin həcminə görə, ən böyük bank “Kapital Bank” olub. Bankın əməliyyat gəlirlərinin həcmi 666 milyon 418 min manat təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 23 % çoxdur.
İkinci yerdə əməliyyat gəlirlərinin həcminə görə “Azərbaycan Beynəlxalq Bank” (ABB) qərarlaşıb. Bankın əməliyyyat gəlirlərinin həcmi 2023-cü ilin birinci yarısı ilə müqayisədə 24,4% artaraq 583 milyon 765 min manat olub.
Üçüncü yerdə isə “Paşa Bank” qərarlaşıb, bankın əməliyyat gəlirlərinin həcmi 377 milyon 763 min manat təşkil edib. Bu da 2023-cü ilin birinci yarısı ilə müqayisədə 27% çoxdur.
“Unibank”ın bu ilin yanvar-iyun aylarında 167 milyon 977 min manat həcmində əməliyyat gəliri əldə edib ki, bu da 2023-cü ilin birinci yarısı ilə müqayisədə 13,1% çoxdur.
“Bank Respublika”nın 2023-cü ilin birinci yarısında 129 milyon 208 min manat əməliyyat gəliri əldə edib ki, bu da 2023-cü ilin birinci rübü ilə müqayisədə 21 % çoxdur.
“Access Bank” 116 milyon 393 min manat əməliyyat gəliri əldə edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 18% çoxdur.
“Xalq Bank” bu ilin birinci rübündə 111 milyon 16 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2023-cü ilin birinci rübü ilə müqayisədə 28,2% çoxdur.
“Yelo Bank” bu ilin hesabat dövründə 95 milyon 407 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 66,6% çoxdur.
“Bank of Baku” 80 milyon 896 min manat əməliyyat gəliri əldə edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 21,9% çoxdur.
“Rabitəbank” 80 milyon 381 min manat əməliyyat gəliri əldə edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 25% çoxdur.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay