“Xalq Bank” qiymətli kağızlara investisiyalarını 59 milyon manatdan çox azaldıb
“Xalq Bank”ın bu ilin yanvar-iyun aylarında qiymətli kağızlara investisiyalarının həcmi 336 milyon 482 min manat təşkil edib.
Valyuta.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Bu, 2023-cü ilin birinci yarısı ilə müqayisədə 14,9 % və ya 59 milyon 170 min manat azdır.
2023-cü ilin birinci yarısında bankın qiymətli kağızlara investisiyalarının həcmi 395 milyon 652 min manat olub.
Bu ilin iyulun 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 0,4 % artaraq 3 milyard 95 milyon manata çatıb. Cari ilin ilk 6 ayında "Xalq Bank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 3,5 % və ya 64.3 milyon manat artaraq 1 milyard 891.2 milyon manata bərabər olub.
Hesabat dövründə "Xalq Bank"ın öhdəlikləri 2 milyard 615.9 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 1.5 % və ya 37.6 milyon manat çoxdur.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay