“Bank BTB”nin əmanət portfeli 4,3 mln., aktivləri isə 8 mln. manatdan çox əriyib
İlin əvvəlində “Bank BTB”nin əmanət portfeli 4,3 milyon manat azalıb.
Valyuta.az-ın məlumatına görə, bu ilin ilk yarısında bankın əmanət portfeli ilin əvvəlinə nisbətən 2,8 % azalaraq 152,9 milyon manatdan 148,6 milyon manata enib.
Müştərilər tələbli depozitlərin 1,1 milyon manatını, müddətli depozitlərin isə 3,18 milyon manatını bankdan geri çəkib. Belə ki, 2024-cü ilin əvvəlində bankda tələbli depozitlərin həcmi 10,17 milyon manat olduğu halda ilin ilk yarısında bu rəqəm 9,08 milyon manata kimi azalıb.
Müddətli əmanətlərin həcmi isə 142,7 milyon manatdan 139,5 milyon manata enib.
Ümumilikdə isə bankın öhdəlikləri 321,8 milyon manatdan 313,6 milyon manata enib. Bank həmçinin, bu ilin ilk yarısında kiçilib. Onun cəmi aktivləri 2,9 milyon manat azalaraq 366,3 milyon manata düşüb.
Məcmu kapitalının Mərkəzi Bankın tələblərinə doğru azalması bank üçün siqnal oldu. Nəticədə “Bank BTB” bu il bank xüsusi kapitalını 5 milyon manatdan çox artırıb. Bu isə onun cəmi kapitalını 47,4 milyon manatdan 52,6 milyon manata kimi artırıb.
Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Bankın səhmlərinin 75 %-i Ramiz Mehdiyevin gəlini Nigar İsmayıl qızı Mehdiyevaya, 19 %-i Rza İsmayıl oğlu Sadiqə (Müşahidə Şurasının sədri), 6 %-i isə Tükəzban Ağa qızı Mahmudovaya məxsusdur.
Pünhan
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay