Bank
31.07.2024 / 11:17
AMB iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb
52745
Bu il Azərbaycanda iqtisadi artımın 3,5-4 %, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 5,5-6 % olacağı gözlənilir.
Valyuta.az xəbər verir ki, bunu Azəbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun sədri Taleh Kazımov bildirib.
“Gələn il isə ölkədə ümumi daxili məhsulun (ÜDM) 2-2,5 %, o cümlədən qeyri-neft-qaz sektorunda 4-5 % artacağı proqnozlaşdırılır", - deyə o qeyd edib.
Bundan başqa, baş bankir deyib ki, bu il dünya bazarında neftin 1 barelinin orta qiymətinin 84,9 ABŞ dolları, təbii qazım 1 000 kubmetrinin qiymətinin isə 290,1 ABŞ dolları olacağı gözlənilir.
"2025-ci il üçün proqnozlarımız isə müvafiq olaraq 83,8 ABŞ dolları və 233,5 ABŞ dollarıdır", - deyə sədr əlavə edib.
© Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay