Mərkəzi Bank “İnkişaf üçün Maliyyə”ni 20 min manat cərimə edib
Mərkəzi Bank bank olmayan kredit təşkilatı (BOKT) “İnkişaf üçün Maliyyə”ni cərimələyib.
Valyuta.az bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, Mərkəzi Bank tərəfindən aparılan yoxlama zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması faktı aşkarlanıb. Belə ki, BOKT-də eyniləşdirmə sənədlərinin və pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair sənədlərin saxlanması ilə bağlı vəzifələr yerinə yetirilməyib.
İnzibati Xətalar Məcəlləsinin 98.1.2-ci maddəsinə müvafiq olaraq “İnkişaf üçün Maliyyə” və onun vəzifəli şəxsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən müvafiq olaraq 20 min və 2 min manat məbləğində cərimə edilib.
Pünhan
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay