ABB-nin aktivləri 400 milyon manatdan çox azalıb
"Azərbaycan Beynəlxalq Bankı"nın (ABB) 2024-cü ilin birinci yarısında aktivlərinin həcmi 13 milyard 258 milyon 894 min manat olub.
Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin sonu ilə müqayisədə 409 milyon 347 min manat, yaxuda da 2,9 % azdır. 2023-cü ilin sonunda bankın aktivlərinin həcmi 13 milyard 668 milyon 241 min manat olub.
Bakın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərinin həcmi 3 milyard 197 milyon 183 min manat olub ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 21,5 %, yaxud da 873 milyon 686 min manat azdır. 2023-cü ilin sonunda bankın nağd vəsaitlərinin həcmi 4 milyard 70 milyon 869 min manat olub.
ABB-nin 2024-cü ilin birinci yarısında ticarət və investisiya qiymətli kağızlara investisiyalarının həcmi 2 milyard 958 milyon 087 min manat olub ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 29,4 %, yaxud da 673 milyon 235 min manat çoxdur. 2023-cü ilin sonunda ABB-nin ticarət və investisiya qiymətli kağızlara investisiyaların həcmi 2 milyard 284 milyon 852 min manat olub.
2024-cü ilin birinci yarısında ABB-nin banklar və digər maliyyə institutlarındakı depozitlərinin həcmi 893 milyon 155 min manat olub ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 952 milyon 633 min manat, yaxud da 51,6 % azdır. ABB-nin banklar və digər maliyyə institutlarındakı depozitlərin həcmi 2023-cü ilin sonunda 1 milyard 845 milyon 788 min manat olub.
Bu ilin hesabat dövründə ABB-nin banklar və digər maliyyə institutlarına verilən kreditlərinin həcmi 24 milyon 342 min manat olub ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 3,6 % çoxdur.
Bu ilin hesabat dövründə bankın öhdəliklərinin həcmi 3,5 % azalaraq 11 milyard 438 milyon 900 min manat olub.
Bu ilin birinci yarısında bankın kapitalının həcmi 2023-cü ilin sonu ilə müqayisədə 0,5 % artaraq 1 milyard 819 milyon 994 min manat olub.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay