Bank
26.07.2024 / 11:10
"Ziraat Bank Azərbaycan"ın Müşahidə Şurasına yeni üzv təyin olunub
52462
Dünyanın 18 ölkəsində fəaliyyət göstərən “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsi olan “Ziraat Bank Azərbaycan” ASC-nin Müşahidə Şurasına yeni üzv təyin olunub.
Dövri yerdəyişmə planına əsasən “Ziraat Bank Azərbaycan” ASC-nin Müşahidə Şurasının üzvü Sedat Yılmaz öz vəzifəsini Uğur Can Ayqına təhvil verib. Uğur Can Ayqın peşəkar karyerasına 2008-ci ildə T.C. “Ziraat Bankası” Daxili Nəzarət və Risklərin İdarə Edilməsi departamentində başlayıb. 2022-ci il iyul ayından bu günədək Risklərin İdarə Edilməsi departamentinə rəhbərlik edən Uğur Can Ayqın bank sahəsində zəngin təcrübəyə malikdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay