Aktivləri azalan banklar - Siyahıda “Yelo Bank”, “ABB” və “Paşa Bank” liderdir
Cari ilin ikinci rübündə Azərbaycanda fəaliyyət göstərən bəzi bankların aktivləri azalıb.
Valyuta.az hesabatlara istinadən xəbər verir ki, hesabat dövründə “Azərbaycan Beynəlxalq Bankı”ın aktivləri 13 milyard 258 milyon 894 min manat olub. Bu, ötən ilin sonu ilə müqayisədə 409 milyon 347 min manat yazdır. Ötən ilin sonunda bankın aktivləri 13 milyard 668 milyon 241 min manat təşkil edib.
Bu dövrdə “Yelo Bank”ın aktivləri 1 milyard 124 milyon 651 min manat olub. Bu, ötən ilin sonu ilə müqayisədə 441 milyon 801 min manat azdır. Ötən ilin sonunda bankın aktivləri 1 milyard 566 milyon 452 min ABŞ dolları olub.
Aktivləri azalan digər bank “Paşa Bank”dır. Bu ilin ikinci rübündə bankın aktivləri 8 milyard 472 milyon 931 min manat olub ki, bu da, ötən ilin sonu ilə müqayisədə 178 milyon 440 min manat azdır. Ötən ilin sonunda bankın aktivləri 8 milyard 651 milyon 371 min manat olub.
“Premium Bank”ın aktivləri 647 milyon 308 min manat təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 37 milyon 808 min manat azdır. Ötən ilin sonunda bankın aktivləri 685 milyon 116 min manat olub.
“AFB Bank”ın aktivləri bu dövrdə 33 milyon 156 min manat azalaraq 297 milyon 511 min manat olub. Ötən ilin sonuna bu rəqəm 330 milyon 667 min manat təşkil edib.
“Azərbaycan Sənaye Bank”ın aktivləri ötən ilin sonu ilə müqayisədə 30 milyon 910 min manat azalaraq 718 milyon 338 min manat təşkil edib. Ötən ilin sonunda bankın aktivləri 749 milyon 248 min manat olub.
"Bank Melli İran"ın aktivləri də 6 milyon 909 min manat azalaraq 114 milyon 855 min manat təşkil edib. Ötən ilin sonunda bankın aktivləri 121 milyon 764 min manat olub.
Cari ilin ikinci rübündə “Express Bank”ın aktivləri 556 milyon 883 min manat olub. Bu, ötən ilin eyni sonu ilə müqayisədə 3 milyon 345 min manat azdır. Ötən ilin sonunda bankın aktivləri 560 milyon 228 min manat olub.
“Bank BTB”nin aktivləri bu dövrdə 366 milyon 259 min manat olub. Ötən ilin sonu ilə müqayisədə bankın aktivləri 2 milyon 896 min manat azalıb. 2023-cü ilin sonunda bu rəqəm 369 milyon 155 min manat təşkil edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay