Ən baha kreditlər bu rayonlardadır - Siyahı
Azərbaycanda kreditlərin ən baha olduğu regionlar açıqlanıb.
Valyuta.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, ən baha kreditlərin orta faizləri Dağlıq-Şirvan iqtisadi rayonunda olub. Bu iqtisadi rayonda verilmiş kreditlərin məbləği 176 milyon 106 min manat, orta faiz dərəcəsi isə 19.31 % təşkil edib.
Lənkəran-Astara iqtisadi rayonlarında əhaliyə 577 milyon 656 min manat məbləğində kredit verilib. Verilən kreditin orta faiz dərəcəsi 18,94 % olub.
Üçüncü yerdə isə Qarabağ iqtisadi rayonu qərarlaşıb. Belə ki, iqtisadi rayonda 447 milyon 214 min manat kredit verilib ki, orta faiz dərəcəsi 18,92 % təşkil edib.
İqtisadi rayonlarda verilən kreditlər, onların məbləği və orta faiz dərəcəsi ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay