Bank
25.07.2024 / 12:02
Azərbaycan bankirləri sektorun inkişaf imkanlarını müzakirə edib
52390
Azərbaycan Mərkəzi Bankında (AMB) bank sektorunun inkişaf imkanları müzakirə edilib.
Valyuta.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə görüşdük, bank sektorunun cari vəziyyəti, qarşıda duran çağırışlar, eləcə də sektorun inkişaf imkanları ətrafında fikir mübadiləsi apardıq, II rüb üzrə göstəricilərini, son makroiqtisadi meyilləri və ümumilikdə gündəmdə olan digər mühüm məsələləri müzakirə etdik", - deyə o qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay